Fransanın Arte.TV telekanalı Azərbaycan haqqında yalnız obyektivlikdən kənar deyil, həm də heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar “sənədli film” çəkib.
BUTA.TV xəbər verir ki, “Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa böhtan olan “sənədli film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub.
Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir.
Özünü dünya azad mediasının hegemonu kimi göstərən, daim peşəkarlıqları ilə öyünən fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərir.
Kanalın tapdığı “ekspert” də 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Belə ki, Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir.
İşin daha bir dəhşətli cəhəti bundan sonra baş verənlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb: “sənədli film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib və Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb.
Bu isə o deməkdir ki, bu filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər, ifşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər.
Bu, əslində Fransada Azərbaycana qarşı hansı əxlaqsız bir siyasət aparıldığının əyani sübutudur.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu “film”in şərh bölümündə ifşanı davam etdirə, etirazlarını bildirə bilər, eyni zamanda, Azərbaycan XİN-in də reaksiyasına ehtiyac var.
Filmin linkini bu məqsədlə paylaşırıq (Azərbaycanda VPN-lə giriş etmək mümkündür).
- Nikol bu əraziləri Azərbaycana veriləcəyini elan etdi - Qazaryan
- İrəvanın buna icazə verməməsi... - Çavuşoğlu
- Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
- Bakı bu əsas kartından mükəmməl istifadə edir - Belyayev
- Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
- Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı
- Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu
- Türkiyə hərəkətə keçdi: Azərbaycanlıların yeni dövləti yarana bilər? – Xəritə