Azərbaycanı qərəzli şəkildə “petrostate” kimi təqdim etməyə çalışanlar üçün daha bir bilgi: Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb. Həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt.st artaraq 3 315,3 mln. kVt.st təşkil edib. Külək elektrik stansiyalarında 44,8 mln. kVt.st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt.st enerji istehsal edilib.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, hədəflər də ölçülə bilən və realdır:
“2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”.
- İrəvanın buna icazə verməməsi... - Çavuşoğlu
- Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
- Bakı bu əsas kartından mükəmməl istifadə edir - Belyayev
- Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
- Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı
- Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu
- Türkiyə hərəkətə keçdi: Azərbaycanlıların yeni dövləti yarana bilər? – Xəritə
- Lotoreya təşkilatçılarının diqqətinə!