ABŞ-ın Türkiyədəki səfirliyi Ankarada törədilən terror aktını pisləyib, terrorla mübarizədə NATO müttəfiqi ilə həmrəy olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkə hesabında deyilir.
“Biz bu səhər NATO müttəfiqimiz olan Türkiyəyə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik. Terrorla mübarizədə Türkiyə ilə həmrəyliyimizi davam etdiririk”, - məlumatda deyilir.