Azərbaycan Ordusu Qarabağa intensiv silah daşınmalarının qarşısını almaq üçün Laçının Cağazur və Zabux kəndləri arasındakı bir sıra hakim yüksəklikləri nəzarətə götürüb. Paralel olaraq bir sıra əsas və yardımçı yollar, həmçinin sərhəd boyunca uzanan geniş ərazilər də Azərbaycanın nəzarətindədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert nəzarətə götürülən ərazilərdə həm də sərhəd-keçid məntəqəsinin qurulacağını vurğulayıb:
“Xatırlatmaq istəyirəm ki, işğal və sonrakı dövrdə ermənilər Laçından Qarabağa daşınmaları da məhz Zabuxdan keçən yol vasitəsilə aparıb. Artıq bu yol tamamilə Ordumuzun nəzarətindədir. Yəqin yaxın müddətdə həmin ərazilərdə sərhəd-keçid məntəqəsinin qurulmasını da müşahidə edəcəyik. Bu irəliləmə suveren ərazilərimizə nəzarəti təmin edir, eyni zamanda, Gorus istiqamətində Ermənistan ordusunun manevrlərini izləmək imkanı verir. Əsas məsələ isə odur ki, artıq Azərbaycan əsgəri iki ölkə sərhədindəki ərazilərimizə özü nəzarət edəcək”.
- "Milli namus məsələsi" - Sənədli film
- Namiq villasını nümayiş etdirdi - Video
- Qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar da olub...
- Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı