Ərdoğanın rəqibindən inanılmaz vədlər: Prezidenti seçilsəm...

14:52 - 24 Mart 2023 - GÜNDƏM

 Ərdoğanın rəqibindən inanılmaz vədlər: Prezidenti seçilsəm...

Vətən Partiyasından Türkiyə prezidentliyinə namizəd olan Doğu Perinçek qalib gələcəyi halda ölkəni NATO-dan çıxaracağını açıqlayıb.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, son sorğuları əsas dəlil kimi təqdim edən Perinçek Türkiyədə əhalinin 80%-nin ABŞ-ı təhdid, Çinlə Rusiyanı isə dost olaraq gördüyünü bildirib:

“Bizim idarəçiliyimiz dönəmində Türkiyə mütləq NATO-dan çıxacaq. Ona görə ki, NATO Türkiyə üçün yeni təhdid kəsb edir”.

O həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarını tanımadığını da deyib:

“Rusiyaya qarşı sanksiyalar Türkiyəyə qarşı sanksiya deməkdir. Biz Rusiya ilə iqtisadi əlaqələri gücləndirəcəyik”.

Perinçek həmçinin Krımı da Rusiya Federasiyasının tərkib hissəsi kimi tanıdığını söyləyib.

Qeyd edək ki, Perinçek anti-Qərb baxışları ilə seçilir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol