Belə böyük zəlzələ, həqiqətən, nadir halda baş verir. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri İsveçrənin Seysmologiya Xidmətinin direktoru Stefan Vaymer Türkiyədə baş verən zəlzələ haqda qeyd edib.
Bölgədə plitə sərhədlərinin olduğunu bildirən Vaymer uzun illər bu ərazilərdə gərginliyin olduğunu və belə zəlzələlərlə boşaldığını qeyd edib:
“Xüsusilə bu ərazi 7.7 bal gücündəki zəlzələ ilə gərginliyin yığıldığı və boşaldığı Şərqi Anadolu qırılma xəttidir. 8 ballıq zəlzələ dünyada bəlkə də ildə bir dəfə olur. Məsələn, tarixdən Hələbin dəfələrlə güclü zəlzələlərlə silkələndiyini bilirik. Ancaq 7.7 bal gücündəki zəlzələ hədsiz böyük bir zəlzələdir”.
Vaymer deyib ki, belə zəlzələlərdən sonra günlər, həftələr və hətta aylar boyu zəif təkanlar qeydə alınır, lakin zaman keçdikcə sayları və intensivliyi azalır.
- Faktiki hava: bu ərazilərə yağış yağıb
- Goranboyda iki nəfər arasında mübahisə: ölən var
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
- Sabah bu şəhərdə qaz olmayacaq
- Bakıya narkotik daşımaq istədi, saxlanıldı – Anbaan video
- Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto