Türkiyədə fəaliyyət göstərən yüzlərcə qeyri-hökumət təşkilatının dəstəyi, eləcə də ölkənin dini ictimaiyyətinin iştirakı ilə İsveçin Ankaradakı səfirliyi qarşısında yürüş-mitinqi keçirilib.
BUTA.TV xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunan yürüş-mitinqin iştirakçıları İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”ə qarşı həyata keçirilən təhqiredici hərəkətə etirazlarını nümayiş etdiriblər.
Etirazçılar dini və milli irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.
Bəyanatda qeyd edilib: “İslam sülh və məmnunluq deməkdir. İslama qəsd insanlığa qarşı qəsddir. Bu qəsd qəbuledilməzdir! Müqəddəs Kitabımız toxunulmazdır”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
- Sabah bu şəhərdə qaz olmayacaq
- Bakıya narkotik daşımaq istədi, saxlanıldı – Anbaan video
- Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto
- Putin azərbaycanlı alimi təltif etdi - Foto
- Bakıda tıxaca qarşı 3 mühüm strateji layihə - Belə olacaq