Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
- Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı
- Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İstanbuldakı Azərbaycan Evi təqdim edildi
- Kürdəmirdə 7 yaşlı uşağı maşın vurub öldürdü
- Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi etdi
- Naxçıvanda restoranda yanğın baş verdi
- Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanıldı