Türkiyədə Bodrum şəhərinin bələdiyyə sədri Əhməd Aras əyləncə məkanlarından birində hücuma məruz qalıb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, bələdiyyə sədri əvvəlcə həmin şəxsin təhqirlərinə məruz qalıb, daha sonra isə anidən ona hücum edilib.
Arasın cangüdənlərinin müdaxiləsi ilə sözügedən kişi oradan uzaqlaşdırılıb.
Bildirilib ki, Arasa xəsarət yetirmək istəyən vətəndaş bir müddət əvvəl elə bələdiyyə əməkdaşı olub, haqqında rüşvət alma iddiaları olduğundan dolayı işindən kənarlaşdırılıb.
Polis faktla bağlı araşdırma aparır.
- "Milli namus məsələsi" - Sənədli film
- Namiq villasını nümayiş etdirdi - Video
- Qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar da olub...
- Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı