Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

DİQQƏT - İcazəsi olanlar bu saatlarda maşından istifadə edə bilməz - AÇIQLAMA

Ölkə
DİQQƏT - İcazəsi olanlar bu saatlarda maşından istifadə edə bilməz     - AÇIQLAMA

Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etdiyi halda məsuliyyətə cəlb oluna bilər.

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər: "Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.

 

Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır. Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur".

 

K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: "Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla