Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri deputat Əli Məsimli "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksəkdir:
"Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq".
- Deputat qanunların dilinə etiraz etdi
- TƏBİB-də yeni direktor təyinatları
- Qanunvericilikdən "arvad" sözünün çıxarılması təklif edildi
- Xocalıya daha 9 ailə qayıtdı - Foto
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Milli Məclisin yaz sessiyası başa çatdı
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Bayram günlərində hava necə olacaq?