İcra hakimiyyəti 173 minə iki su tankeri alır

15:27 - 23 May 2026 - GÜNDƏM

 İcra hakimiyyəti 173 minə iki su tankeri alır

Ordubad Rayon İcra Hakimiyyəti "Alfa Motors Company" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

BUTA.TV Qaymarinfo.az-a istinadla xəbər verir ki, şirkət icra hakimiyyətinin kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Müqavilənin maliyyə dəyəri 173 000 manatdır. Qurum bu məbləğə iki ədəd su tankeri almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Alfa Motors Company" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mehdi Pərvaz oğlu Xalıqovdur.

Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Xalıqov "İnam Sığorta Agentliyi"nin rəhbəri olmuş Fərid Xalıqovun qardaşıdır. "İnam Sığorta Agentliyi" 2022-ci ildə ləğv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol