Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda əmək müqaviləsinə xitam veriləcək.
- Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
- Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək
- İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi
- “Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?
- FHN attraksionlara nəzarəti gücləndirdi
- “Bakcell” Novruz ərəfəsində media nümayəndələri ilə görüşdü
- Bayram günlərində ASAN Xidmət işləyəcək?
- Temperatur 20 dərəcəyə yüksələcək