Müzakirə olunan şərtlərlə və bugünkü reallıqda Azərbaycanla sülh müqaviləsi Ermənistan cəmiyyətində geniş dəstək görmür.
Bu sözləri BUTA.TV-a rusiyalı ekspert Vitali Arkov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsi və bunun ardınca Ermənistan ordusunun Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını şərh edərkən deyib.
“Müxalifət açıq şəkildə Paşinyanı erməni millətinin maraqlarına xəyanət etməkdə, Qarabağı təslim etməkdə ittiham edir və xalq ona “Paşizadə” ləqəbi qoyur. Bu mövqeni ən azı Ermənistan hökumətinin 2020-ci ilin noyabrında səhv etdiyinə və qisas almağa can atan bir çox hərbçi bölüşür. Buna görə də kapitulyasiyanın imzalanmasını pozmağa çalışır. Bu, birincisi. İkincisi, siyasətdə siyasətçilərin özlərinin də heç bəyənmədiyi bir qərarı qəbul etməyə məcbur olarkən ictimai rəyə istinad etmələri qeyri-adi deyil. Bu məqsədlə öz həmvətənləri arasında özlərinə lazım olan əhval-ruhiyyəni gizli şəkildə alovlandırırlar. Rəsmi İrəvanın indi analoji hərəkət etməməsinə qarşı hansı arqumentlər var?” - o bildirib.
- Qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar da olub...
- Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı
- Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı
- Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verdi