Müzakirə olunan şərtlərlə və bugünkü reallıqda Azərbaycanla sülh müqaviləsi Ermənistan cəmiyyətində geniş dəstək görmür.
Bu sözləri BUTA.TV-a rusiyalı ekspert Vitali Arkov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsi və bunun ardınca Ermənistan ordusunun Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını şərh edərkən deyib.
“Müxalifət açıq şəkildə Paşinyanı erməni millətinin maraqlarına xəyanət etməkdə, Qarabağı təslim etməkdə ittiham edir və xalq ona “Paşizadə” ləqəbi qoyur. Bu mövqeni ən azı Ermənistan hökumətinin 2020-ci ilin noyabrında səhv etdiyinə və qisas almağa can atan bir çox hərbçi bölüşür. Buna görə də kapitulyasiyanın imzalanmasını pozmağa çalışır. Bu, birincisi. İkincisi, siyasətdə siyasətçilərin özlərinin də heç bəyənmədiyi bir qərarı qəbul etməyə məcbur olarkən ictimai rəyə istinad etmələri qeyri-adi deyil. Bu məqsədlə öz həmvətənləri arasında özlərinə lazım olan əhval-ruhiyyəni gizli şəkildə alovlandırırlar. Rəsmi İrəvanın indi analoji hərəkət etməməsinə qarşı hansı arqumentlər var?” - o bildirib.
- Bayramov Veldkampla telefon danışığı apardı: Sülhə maneə...
- Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu - FOTO
- Üzeyir Mehdizadənin qaynatası məşhur biznesmen imiş
- Kim sübut edə bilər ki, atəş Nikolun əmri ilə açılmır?
- İmamoğluna saxlanıldı: Türkiyədə nə baş verir? – Türk ekspert
- Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
- Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir
- Ukrayna üçün üç mümkün ssenari: ən idealı budur