Xəbər verdiyimiz kimi, Azərbaycanın Britaniyadakı keçmiş səfir Rafael (Rəfael) İbrahimov barəsində seksual təzyiq ittihamı ilə həbs qərarı verilib.
BUTA.TV xəbər verir ki, Rafael İbrahimov 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəbşünaslıq və ərəb ədəbiyyatı ixtisasını bitirib.
Azərbaycan Dillər Universitetində ingilis və fransız dili üzrə xüsusi kurs keçib.
1985-1986-cı illərdə Yəməndə və 1987-1990-cı illərdə Əlcəzairdə ərəb, fransız və ingilis dili üzrə tərcüməçi işləyib.
1990-cı ilin may ayından 1991-ci ilin mart ayına qədər "L'Azerbaidjan Sovetique" jurnalının redaktoru olub.
1993-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində işə başlayıb. 1993-cü ilin iyun ayından 1994-cü ilin aprel ayına qədər Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq İqtisadi İnteqrasiya Təşkilatları üzrə katib vəzifəsində çalışıb.
1994-cü ilin aprelindən 2001-ci ilin may ayına qədər Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi və Konsulluq şöbəsinin müdiri olub.
25 may 2001-ci ildə Britaniyada fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib. 20 avqust 2007-ci ilə qədər bu vəzifədə çalışıb. Daha sonra Azərbaycanın Norveçdə (19 oktyabr 2002 – 12 avqust 2013), İrlandiyada (19 oktyabr 2002 – 20 avqust 2007), İsveçdə (19 oktyabr – 12 avqust) səfiri olub.
2008-2013-cü illərdə Azərbaycanın Finlandiyadakı səfiri olub.
Eyni zamanda baş ofisi Stokholmda yerləşən Azərbaycanın İsveçdəki səfiri vəzifəsində çalışıb.
O, BBC-nin Dünya xidməti, “Channel 4”, “Əl Cəzirə”, “Channel 5” (Böyük Britaniya) üçün siyasi şərhçisi, Qlobal Dəyişikliklər üzrə Toni Bler İnstitutunun məsləhətçisi olub.
Ərəb, fransız, ingilis və rus dillərini bilir.
Xatırladaq ki, məhkəmə zamanı hakim Patrik Tompson Rafael İbrahimovun hərəkətlərini həyasızlıq və çirkinlik adlandırıb. Ümumilikdə İbrahimov 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.
- Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu
- Vensin çıxışı Avropanı şoka saldı: Putinlə müqayisə…
- Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi
- Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı
- Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi
- Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat
- Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV
- Trampın Rusiya və Çinə sensasion tələbi