Yutubda “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz qaldığını mətbuat vasitəsilə ictimailəşdirib.
BUTA.TV Pravda.az-a istinadən xəbər verir ki, hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədova keçmiş həyat yoldaşı ilə Almaniyada birgə yaşadığı dövrdə üzləşdiyi zorakılığa dair video və səs yazılarını xəbər kanallarına göndərərək, Almaniya Federal Prokurorluğuna müraciət etməyə hazırlaşdığını bildirib.
“Tural Sadıqlı ayrıldıqdan sonra sosial şəbəkələr üzərindən psixoloji basqıları davam etdirərək mənim geri qayıtmağımı tələb edir. Bu da bizim 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır”, - deyərək Ş.Məmmədova şikayət etməyə israrlı olduğunu bəyan edib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı