AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şərq – Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün “Cargo tracking” (Cargo-tracking.ady.az) platformasını istifadəyə verib.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır.
“Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.
Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi və müvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə və təyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin cari dislokasiyasının əks olunması, eyni zamanda son əməliyyatın icra olunduğu stansiyanın adının göstərilməsi daxildir. “Cargo tracking” marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin və proqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətinin hesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki (pasport) məlumatlarının təqdim edilməsini təmin edir.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
İnnovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hazırda Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbəti mərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyası nəzərdə tutulur.
Platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühüm töhfə verir. İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımaların idarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha da təkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarının rəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regionda logistika proseslərinin, o cümlədən konteyner daşımalarının daha səmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlar yaradır.
- “Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa çıxdı
- Qubada kvadrisikl qəzaya uğradı: ölən var
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Azərbaycanda son bir ayda qiymətlər bu qədər artıb
- ADY yeni platforma istifadəyə verdi - Video
- Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı
- ABB-dən 200 000 manata qədər təmir krediti
- Milli Qəhrəmanın oğlu vəkil oldu - Foto