Tərtər Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə insident baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində olub.
Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Səyyad oğlu Məmmədovun kənd sakinləri ilə görüş zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq ona müdaxilə edib. O, tədbirin gedişatına maneə törətməklə ictimai qaydanı pozub.
Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib.
Tərtər Rayon Məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs edilib.
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...
- 10 min nəfərin pensiyası ilə bağlı - Qərar
- Bakının bu ərazilərində evlər ucuzlaşdı - Xoş xəbər
- Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı
- Məktəb direktorlarının diqqətinə!