DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!

21:14 - 1 May 2026 - GÜNDƏM

 DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə DOST Agentliyindən məlumat verilib.

Vakant vəzifələr aşağıdakılardan ibarətdir:

- Audit şöbəsinin müdiri;

- Audit şöbəsinin böyük mütəxəssisi;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin müdiri;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin böyük mütəxəssisi;

- Qarabağ Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə) (Bərdə şəhəri);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (insan resurslarının idarə edilməsi üzrə);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə).

Müsabiqədə iştirak etmək istəyən şəxslər 13.05.2026-cı il tarixinədək buradan qeydiyyatdan keçə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol