Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.
Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
“Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”.
- Milli Qəhrəmanın oğlu vəkil oldu - Foto
- Bakıda süpürgəçini maşın vurub öldürdü
- 50 min müəllim ixtisar oluna bilər
- Universitetlər Bakıdan köçürüləcək
- Sabah 14 dərəcə isti olacaq
- "Azercell" qadınların yaradıcı inkişafına dəstək göstərir
- Vasif Talıbovun yaxın adamı barədə həbs qərarı...
- 19 yaşlı qadın doğuş zamanı öldü