Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına üzv qəbul olunub.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...
- 10 min nəfərin pensiyası ilə bağlı - Qərar
- Bakının bu ərazilərində evlər ucuzlaşdı - Xoş xəbər
- Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı
- Məktəb direktorlarının diqqətinə!