“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.
- Azərbaycanda bu ixtisas qrupu ləğv olunur?
- Yağıntılı havalar nə vaxta kimi davam edəcək? - Rəsmi
- ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...
- 10 min nəfərin pensiyası ilə bağlı - Qərar