Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV

12:42 - 15 Fevral 2025 - GÜNDƏM

 Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV

Azərbaycanla kommunikasiyaların açılması prosesində daim “dəhliz məntiqi”nin müzakirə olunmadığını bəyan edən Ermənistan hakimiyyəti Azərbaycana veriləcək “maneəsiz keçid”i gündəmə gətirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məqalədə bir neçə gün öncə bu yöndə açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyana istinad edilib. Simonyan bildirmişdi ki, Azərbaycana dəmir yolu vasitəsilə “möhürlü yüklərin yoxlanılmadan sürətli keçidini” təmin etməyə hazırdırlar. Onun sözlərinə görə, bu yanaşma sonradan yük maşınları və sərnişinlər üçün də nəzərdən keçirilə bilər.

Məqalədə xatırladılıb ki, bu, faktiki olaraq dəhliz məntiqinə uyğundur, sadəcə, Ermənistan hakimiyyəti “dəhliz” sözünü işlətmir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol