Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.
Bu barədə BUTA.TV-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.
İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.
Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi