“AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək

18:00 - 8 Aprel 2026 - GÜNDƏM

 “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.

Yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir olunub.

Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb. Bu qabaqcıl texnologiya sayəsində sikkə üzərində ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlər əldə olunub. Nəticədə məhsul klassik zərb texnikasından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş ilə seçilir.

Bu xəbər hal-hazırda çox oxunur
Ağdaban qətliamından daha bir il ötür

Layihənin məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli şəxsiyyətin xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş alıcı auditoriyası üçün nəzərdə tutulub.

“AzerGold” QSC bundan əvvəl də tarixi-mədəni irsin təbliğinə yönəlmiş müxtəlif məhsullar istehsal edib. Bu sıraya “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan”, “Naxçıvan” kolleksiyaları daxildir. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsini həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmağa xidmət edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol