Səbail rayonu, Bibiheybət yolundakı torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır, vəziyyətin sabitləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN-in mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
"Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır.
Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", - məlumatda qeyd olunub.
- Azərbaycanda bu ixtisas qrupu ləğv olunur?
- Yağıntılı havalar nə vaxta kimi davam edəcək? - Rəsmi
- ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...
- 10 min nəfərin pensiyası ilə bağlı - Qərar