Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi aprelin 6-sı axşam saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
- Çəpiş ətinə tələbat niyə artıb? - Video
- Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
- Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - Video
- Azərbaycanda bu ərazilərə qar yağır
- Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər
- ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi
- Zeynal Bayramlıya TƏBİB-də yüksək vəzifə verildi
- Bakıda təmir ediləcək yolların sahəsi bəlli oldu