Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - Video

21:14 - 4 Aprel 2026 - GÜNDƏM

 Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - Video

Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən videogörüntülər yayılıb.

BUTA.TV Unikal.аz-a istinadən xəbər verir ki, əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə, şəhidimiz vurulduqdan sonra həmin əraziyə "bu da belə" sözünü yazıb. Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub.

O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Zəngilanın azad olunmasına görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə tətif edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Vüsal Nəsirli qaynını müşaviri təyin etdi

Qeyd edək ki, şəhidimiz müharibə zamanı ifa etdiyi "Vətən yaxşıdır" mahnısı ilə daha çox tanınıb. Həmin mahnı onun şərəfinə "Xudayar təsnifi" adlandırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol