Polis bu qadını axtarır - Foto

16:28 - 4 Aprel 2026 - GÜNDƏM

 Polis bu qadını axtarır - Foto

Salyanda 43 yaşlı qadın itkin düşüb.

BUTA.TV xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Sevinc Xəlil qızı Əhmədova martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovanın əlamətləri: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) məlumat vermələri xahiş olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol