Baş nazir leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verdi

15:14 - 4 Aprel 2026 - GÜNDƏM

 Baş nazir leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verdi

Azərbaycan Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Müşavirədə martın 26 – 28-də Respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol