Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat

13:46 - 2 Aprel 2026 - GÜNDƏM

 Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat

Paytaxtın Biləcəri qəsəbəsi, 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, aprelin 2-si gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov, 55 yaşlı Xaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir.

C.Hüseynovun atasına 22, anasına 9 bıçaq vurduğu iddia olunur. Bildirilir ki, ana-ata yatmış vəziyyətdə olublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. Qohumların verdiyi məlumata görə, sevdiyi qızla münasibəti pozulan C.Hüseynovda psixoloji problemlər yaranıb. O, evin tək övladı olub.

Bu xəbər hal-hazırda çox oxunur
Sabah Şağanda qaz olmayacaq

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır.

Əraziyə prokurorluq əməkdaşları cəlb ediliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol