"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 min 574 sərnişin daşıyıb.
Bu barədə BUTA.TV-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində 179 min 570 sərnişin Abşeron dairəvi, 33 min 004 sərnişin isə rayonlararası marşrutlar üzrə daşınıb.
Rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 min 963 nəfər daşınıb.
Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 min 984 sərnişin istifadə edib.
Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 min 561 nəfər olub.
- Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti
- Yağışlar hansı məhsulları bahalaşdıracaq?
- Məhkəmə ekspertizası xidmətləri: ödənilən haqqın məbləği...
- ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqladı
- 26 yaşlı oğlan 65 yaşlı qadına təcavüz edib?
- Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi
- Bakıda baş verən qəzanın - Anbaan videosu
- Sahil Babayev ona vəzifə verdi - Foto