Bakıda baş verən qəzanın - Anbaan videosu

13:10 - 31 Mart 2026 - GÜNDƏM

 Bakıda baş verən qəzanın - Anbaan videosu

Zəruri təhlükəsizlik tədbirlərini görmədən yolun hərəkət hissəsində dayanmaq qəzaya səbəb olub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib.

BUTA.TV xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi yolda dayanmış avtomobillə çırpılıb.

Unutmayaq ki, qəzaların baş verməməsi üçün nəqliyyat vasitəsi nasazlıq və ya digər məcburi səbəblərdən yolun hərəkət hissəsində dayandıqda belə, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Qanuna əsasən isə, nasazlıq yarandıqda avtomobil yolun kənarına çəkilməli, qəza siqnalları yandırılmalı və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.

Sürücülər onu da bilməlidirlər ki, hərəkət zamanı sükan arxasında diqqətli olmasan, yol-nəqliyyat hadisəsi qaçılmaz olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Toya hazırlaşanların diqqətinə - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol