"Mersedes" beton maneəyə çırpıldı: 1 ölü, 2 yaralı - Video

14:02 - 27 Mart 2026 - GÜNDƏM

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Astara rayon sakini, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi "Mersedes" markalı 90 XB 185 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, avtomobildə olan iki sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rəşad Baxşəliyev vəfat etdi

İlkin ehtimala görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol