Çeçenistan liderinin övladı və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərən 18 yaşlı Adam Kadırov ictimaiyyət arasında ilk dəfə zabit paqonlarında görünüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sözügedən kadrları onun atası Ramzan Kadırov öz sosial şəbəkə hesablarında paylaşıb.
Görüntülərdə Adam Kadırovun Çeçenistanın güc strukturlarının nümayəndələri ilə keçirilən görüşdə iştirak etdiyi əks olunub. O, flora dizaynlı kamuflyajdadır, poqonlarında isə mayor rütbəsini göstərən orta ölçülü bir ulduz nəzərə çarpır. Hərbi geyimin üzərində Ramzan Kadırovun gənc yaşlarından istifadə etdiyi və daha sonra oğluna keçən "Dustum" (dari dilində tərcüməsi "dostlar" deməkdir) çağırış adı da yer alıb. Gəncin sinəsini, həmçinin müxtəlif medallar bəzəyir.
Gənc Kadırovun yeni hərbi rütbə alması barədə rəsmi qaydada heç bir açıqlama verilməyib. Buna baxmayaraq, onun Rusiya Milli Qvardiyasının təqdim etdiyi döyüşdə fərqlənməyə görə medalı da daxil olmaqla, bir çox mükafatlara sahib olduğu məlumdur.
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır
- Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Ölkəmizdə hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi...
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi
- Bəzi ərazilərdə külək güclənəcək