Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərov 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunsa da, özünü təqsirli bilmir. İlk məhkəmə baxışı prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.
İttihama görə, B.Əsgərov 2018-2020-ci illərdə Mikayıl İbrahimov, Yaşar İbrahimov, Səbuhi Dadaşov, Malik Zamanov, Müslüm Mehdiyev, Çingiz Mehdiyev, Arif Əsgərov, Hidayət İmanov və digərləri ilə birgə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Öz növbəsində B.Əsgərov əvvəlki dindirmələrdə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu və Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovu korrupsiyada ittiham edib.
Məlumdur ki, Vasif Talıbovun adı bir neçə dəfə korrupsiyada hallanıb. İddialar öz əksini taparsa, Talıbov məsuliyyətə cəlb olunacaqmı? Bu halda onu hansı cəza gözləyir?
BUTA.TV xəbər verir ki, vəkil Asim Abbasov Globalinfo.az-a açıqlamasında həm ittiham, həm də müdafiə tərəfinin müvafiq vəsatəti əsasında Vasif Talıbovun məhkəmədə şahid qismində dindirilə biləcəyini deyib.
“Vasif Talıbov şahid qismində dindirildikdən sonra məhkəmə istintaqı zamanı onun əməllərində hər hansı bir cinayət tərkibinin olması müəyyən edilə bilər. Əgər belə olarsa, məhkəmə bu barədə xüsusi qərar qəbul edərək, araşdırılması üçün aidiyyəti istintaq orqanına göndərə bilər”.
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi
- Bəzi ərazilərdə külək güclənəcək
- Vasif Talıbovla bağlı xüsusi qərar verilə bilər
- MDU-nun məzunu tam 31 ildir bu vəzifəni daşıyır
- Ağdamda kənd sakini minaya düşdü
- Ehtiyatda olan polkovnik qəfil öldü - Video
- Gəncədə sərxoş kişi evində yanaraq öldü