Adil Əliyevə vəzifə verildi

15:26 - 26 Mart 2026 - GÜNDƏM

 Adil Əliyevə vəzifə verildi

Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü seçilib.

BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə təşkilatın prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilir.

Məktubda vurğulanır ki, bu təyinat Adil Əliyevin kikboksinqin Azərbaycanda və regionda inkişafına göstərdiyi fəaliyyətlə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, Beynəlxalq İnkişaf Komitəsinə WAKO-nun birinci vitse-prezidenti Espen Lund rəhbərlik edir.

Komitənin başlıca məqsədi dünyada kikboksinq idman növünün inkişafı, yayılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və idmanda mükəmməlliyə nail olmağa xidmət edən təşəbbüslərin dəstəklənməsidir.

Bu xəbər hal-hazırda çox oxunur
İsmayıllıda 6 otaqlı ev yandı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol