15 ağac kəsildi: cinayət işi açıldı

18:26 - 28 Mart 2026 - GÜNDƏM

 15 ağac kəsildi: cinayət işi açıldı

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı cinayət işi açılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol