Abşeronda iki avtomobil yandı

10:44 - 29 Mart 2026 - GÜNDƏM

 Abşeronda iki avtomobil yandı

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hunday" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMV markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol