Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Qismət Teymurov Qamət Teymurovun qardaşıdır.
- 26 yaşlı oğlan 65 yaşlı qadına təcavüz edib?
- Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi
- Bakıda baş verən qəzanın - Anbaan videosu
- Sahil Babayev ona vəzifə verdi - Foto
- Onların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
- Prezident sərəncam imzaladı
- Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama
- May ayında 14 gün iş olmayacaq