Bu yolda sürət həddi endirildi

23:44 - 1 Aprel 2026 - GÜNDƏM

 Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BUTA.TV-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunur ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "Dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol