Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.
BUTA.TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.
- NİİM bunun üçün 4 milyon xərcləyəcək
- DTX-də general-leytenantların sayı 3-ə çatdı
- Yol polisi xəbərdarlıq etdi
- Bu ərazilərə qar yağır
- Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü
- Sabah hava necə olacaq?
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- 68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq