AXCP sədri Əli Kərimlinin mühafizəçisi işləmiş Novruz Tağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. O, buna görə vətəndaşın 71 min manatını alaraq mənimsəməkdə təqsirləndirilib.
N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham elan edilib.
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi
- Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır