Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər

20:43 - 4 Aprel 2026 - DÜNYA

 Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər

Türkiyə Yaxın Şərqdə sabitliyin bərpasına töhfə verməyə hazırdır.

BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliyanın “Il Messaggero” nəşrinə müsahibəsində bildirib.

İran ətrafındakı gərginliyə münasibət bildirən Gülər atəşkəsin dərhal təmin edilməsinin zəruri olduğunu deyib:

“Bölgəmizdəki gərginliyin daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağın yeganə yolu dialoqdur. Mövcud şəraitdən asılı olmayaraq, biz inanırıq ki, hələ də diplomatiya üçün yer var və tərəflər arasındakı fikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər. Biz bu prosesə töhfə verməyə hazırıq".

Bu xəbər hal-hazırda çox oxunur
Vüsal Nəsirli qaynını müşaviri təyin etdi

Gülərin sözlərinə görə, heç bir regional böhran uzunmüddətli əsasda hərbi yolla həll edilə bilməz.

Y.Gülər vurğulayıb ki, Ankara Türkiyənin hava məkanına yeni raket atışlarına cavab verməyə tam sadiqdir:

“Həm öz vasitələrimizlə, həm də NATO daxilində istənilən təhdidə cavab vermək qabiliyyətimiz və iradəmiz var. Lakin bizim yanaşmamız gərginliyi artırmaq deyil, riskləri balanslı və məsuliyyətli şəkildə idarə etmək, münaqişələrin eskalasiyasının qarşısını almaqdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol