Bakının Xətai rayonu 8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır.
BUTA.TV xəbər verir ki, işlər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun tabeliyində olan strukturların, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərliyi ilə işlər aparılır.
Ərazidə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı yerlərdə fəaliyyət göstərən BŞİH-nin monitorinq qrupu su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verir.
İntensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır