Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi

09:44 - 9 Aprel 2026 - GÜNDƏM

 Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən ediləcək.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol