Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə BUTA.TV-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq