Avropa siyasətçiləri və diplomatları ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışının şokundan hələ ayılmayıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, avropalılar bu çıxışı Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışına bənzədirlər:
“Həmin çıxış da avropalılarda şok effekti yaratmışdı. Putin məhz həmin çıxışdan sonra işğal planlarını həyata keçirməyə başladı: bir il sonra Gürcüstanla müharibə başladı, Cənubi Osetiya və Abxaziya işğal olundu, bundan 6 il sonra Krım, 15 il sonra isə Ukraynanın işğalı gerçəkləşdi.
Vens Münhendəki çıxışında ərazilərin nəzarətə götürülməsiylə bağlı Ağ Ev sahibinin fikirlərini təkrarlamasa da, Avropanın ünvanına elə sərt tənqidlər söylədi ki, Rusiya və Çin arxa plana keçdi. Belə görünür ki, Trampın hakimiyyətdə olacağı 4 ildə ABŞ-la Avropa arasında fikir ixtilafı dərinləşməkdə davam edəcək. Bu, yalnız Ukrayna müharibəsiylə əlaqəli deyil, Tramp administrasiyasının konseptual məsələlərdə Brüssellə dərin fikir ayrılığı var”.
- AZAL təyyarəsi ilə bağlı hesabat bu tarixdə veriləcək - Lastayev
- AB-nin Ukraynaya 700 milyardlıq yardımı realdırmı?
- Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir
- Mehriban Əliyevadan Ağdam paylaşımı - Video
- Azərbaycanın müdafiə arsenalına nə qədər ziyan vurulub?
- ABŞ və Rusiya 5 saata 5 razılıq əldə etdi - Detallar
- Gürcüstanla quru sərhəd bu traixdə açıla bilər
- Dünyanın bölüşdürülməsi prosesi başladı