Ermənistan Zəngəzur dəhlizində Azərbaycan yüklərinə maneəsiz yol verilməsi imkanlarını öyrənir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim Mülkü Müqavilə fraksiyasının katibi Artur Ovannisyan danışıb.
“Hazırda Ermənistanın müəyyən orqanlarının köməyi ilə icra ediləcək texniki imkanlar müzakirə edilir”, - deyə Ovanisyan deyib.
O, həmçinin qeyd edib ki, ölkə ərazisindən müvafiq orqanların bilmədiyi yük daşına bilməz.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verildiyini və müzakirə etməyə hazır olduqlarını bildirib. Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
- Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
- Su basmış ərazilərdən onlarla insan təxliyə edildi - Video
- Təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür
- KVN komandasından heç kim Elnurla vidaya getmədi
- ADSEA gücləndirilmiş rejimdə çalışır - Foto
- BŞİH gücləndirilmiş iş rejiminə keçdi
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu